
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.
Newscenter.az xəbər verir ki, Türkiyə liderinin facebook sosial şəbəkə hesabıında etdiyi paylaşımda aşağıdakı ifadələr yer alıb:
"Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman bizimlə daşıyacağımız Hocalı qətliamının 33-cü ildönümündə, qətlə yetirilən azərbaycanlı bacı-qardaşlarımızı rəhmətlə yad edirəm.
Yaxşı və pis gündə bir yerdə olduğumuz Azərbaycan xalqına baş sağlığı verirəm".

Süleyman