
Honduras prezidenti Xiomara Kastronu daşıyan helikopter əlverişsiz hava şəraiti səbəbindən məcburi eniş edib.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, Helikopter San Pedro Suladan Tequsiqalpaya gedərkən əlverişsiz hava şəraiti səbəbindən Kortes bölgəsinin Santa Kruz de Yojoa qəsəbəsinə təcili eniş etmək məcburiyyətində qalıb.
Səlahiyyətlilər bildiriblər ki, prezident Kastro hadisədən sağ-salamat xilas olub.
"Biz San Pedrodan Tequsiqalpaya gəlirdik, lakin hava şəraitinə görə davam edə bilmədik və geri qayıda bilmədik. Ona görə də təcili eniş etməli olduq. Hamımız çox yaxşıyıq, marağınıza görə təşəkkür edirik", - Kastro jurnalistlərə deyib.
Mehman Mehdiyev