Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Danışıqlar prosesində Ukrayna kənarda saxlanılır

Danışıqlar prosesində Ukrayna kənarda saxlanılır


"BMT Baş Assambleyası Rusiyanın Ukraynaya hücumu ilə bağlı qətnamə qəbul edib. Qətnamənin lehinə 93 ölkə səs verib. 18 ölkə qətnamənin əleyhinə, 65 ölkə isə qətnaməyə bitərəf qalıblar. Qətnamə, Ukraynada Rusiyanı hərbi əməliyyatlara son qoymağa çağırıb və Rusiyanın silahlı qüvvələrinin qeyri-şərtsiz Ukrayna torpaqlarından çıxması tələbi yer alır. Həmçinin, BMT-nin qəbul etdiyi bu qətnamə, Rusiyanı BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquq normalarına riayət etməyə çağırıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, qətnamə Avropa ölkələrinin siyasi mətbəxində hazırlanıb:

"Buna baxmayaraq ABŞ, qətnamənin əleyhinə səs verdi. Həmcinin İsrail də qətnamənin əleyhinə səs verərək, ABŞ-ın yanında durdu. Hansı ki, Qəzza məsələsində bütün Avropa ölkələrinin dəstəyini almışdı. Nə baş verdi və bütün bunlar nəyə görə bu istiqamətə yön aldı? Dünənə qədər dünya mediasında, xüsusilə də ABŞ və Qərbin ən yüksək çinli siyasət adamları, Ukrayna prezidenti Zelinskini işğalçı Rusiyaya qarşı qəhrəman etmişdilər. Nə baş verdi ki, Tramp Zelinskini diktator adlandırır və Ukraynanı tərk etməsini tələb edir. Danışıqlar prosesində Ukrayna kənarda saxlanılır".

Çingiz Şahbazinin sözlərinə görə, əslində BMT-nin Baş Assambleyasında qəbul edilən qətnamənin səs vermə prosesindəki mənzərə əsas verir deyək ki, Qəzza zolağından bütün qəzzalıların köçürülməsini tələb edənlər, yaxın gələcəkdə Ukraynanı da Rusiya ilə bölmək arzu və istəklərini bəyan edərlər.

Anar Əliyev
Xəbəri paylaş