
2024-cü il Qazaxıstanda kənd təsərrüfatı üçün son 10 ildə rekord il olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki. sənayenin ümumi məhsulunun həcmi 13,7% artaraq 8,3 trilyon tengeyə çatıb.
2024-cü ildə həmçinin aqrobiznes subyektlərinə uzunmüddətli dövlət dəstəyinin yeni üsulları tətbiq edilib.
2028-ci ilədək kənd təsərrüfatı bitkiçiliyinin və toxumçuluğunun inkişafına dair kompleks plan təsdiq edilib. Fermerlər 1,3 milyon ton mineral gübrədən istifadə ediblər ki, bu da 2023-cü illə müqayisədə 2 dəfə, suya qənaət edən suvarma texnologiyalarından istifadə etməklə suvarılan torpaqların sahəsi 5 dəfə artırılıb.
Yerli istehsal olunan kənd təsərrüfatı texnikasının güzəştli lizinqi çərçivəsində fermerlər 2024-cü ildə 22,1 min ədəd texnika alıb ki, bu da 2023-cü illə müqayisədə 2,5 min ədəd çoxdur.
Kənd təsərrüfatının ümumi məhsulunun həcmini iki dəfə artırmaq məqsədi daşıyan Yol Xəritəsinin icrası istiqamətində bir sıra konkret tədbirlər həyata keçirilib.
Mehman Mehdiyev