Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

102 min ton benzinin qanunsuz yolla ixracının qarşısı alınıb

102 min ton benzinin qanunsuz yolla ixracının qarşısı alınıb


Maliyyə Monitorinqi Agentliyinin əməkdaşları Qırğızıstan Respublikasına Aİ-92 markalı benzinin qanunsuz ixracı ilə məşğul olan cinayətkar qrupun fəaliyyətinin qarşısını alıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə agentliyin mətbuat xidmətindən məlumat verilib.

Şübhəlilərin Qazaxıstan ərazisindən solvent və distillə şəklində benzin alıb, saxta sənədlərlə ölkədən qeyri-qanuni ixrac etdikləri müəyyən edilib.

Keçirilən çevik əməliyyat-axtarış tədbirləri zamanı “Türksib” stansiyasında 500 tona yaxın benzinlə yüklənmiş 8 ədəd çən aşkar edilib. Yük “Kara May Oil” kiçik neft emalı zavodundan Qırğızıstana göndərilib.

KMA-nın müstəntiqlərinin məlumatına görə, 2023-2024-cü illərdə “Kara May Oil” tərəfindən istehsal olunan 102 min tondan çox yanacaq qonşu ölkəyə ixrac edilib.

İlkin məlumatlara görə, son iki ildə cinayətkar qrupun kölgə dövriyyəsi 15,5 milyard tenge təşkil edib.

Mehman Mehdiyev
Xəbəri paylaş