
Türkiyə iqtisadiyyatı 2024-cü ildə 3,2 faiz, son rübdə isə 3 faiz artıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, istehsal üsuluna görə, cari qiymətlərlə ÜDM 2024-cü ildə əvvəlki ilə nisbətən 63,5 faiz artaraq 43 trilyon 410 milyard 514 milyon TL-yə çatıb.
Adambaşına düşən ÜDM 2024-cü ildə 507 min 615 TL olub.
2024-cü ildə adambaşına düşən ÜDM cari qiymətlərlə 507 min 615 TL və ya ABŞ dolları ilə 15 min 463 olaraq hesablandı.
2024-cü ildə tikinti sektoru 9,3 faiz artıb
Mehman Mehdiyev