
Qazaxıstan prezidenti bir sıra kadr dəyişiklikləri edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, dövlət başçısının sərəncamı ilə Jandos Şaymərdanov Strateji Planlaşdırma və İslahatlar Agentliyinin sədri vəzifəsindən azad edilib. Bu vəzifəyə Aset Yerqaliyev təyin edilib. Yerqaliyev bu agentliyə 2022-ci ilin yanvarından 2023-cü ilin sentyabrına kimi rəhbərlik edib. Daha sonra o, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olub.
Bundan əlavə, prezidentin sərəncamı ilə Abay Kairbekov daxili işlər nazirinin müavini - Cəza sistemi komitəsinin sədri təyin edilib.
Anar Əliyev