
Türkiyə 2024-cü ildə 3,2 faiz artımla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri arasında ən yüksək artım tempinə malik ölkə olaraq önə çıxıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə sözügedən təşkilatda ən sürətlə inkişaf edən iki iqtisadiyyatdan biri oldu.
OECD ölkələri arasında birinci yeri İspaniya tutub.
Türkiyə və İspaniyanı 2,9 faiz artımla Polşa tamamlayıb. Bu ölkəni 2,8 faizlə ABŞ, 2,7 faizlə Litva və 2,1 faizlə Norveç izləyib.
İqtisadiyyatı ən çox daralan ölkə 1 faiz ilə Avstriya oldu. Bu ölkəni 0,2 faizlik daralma ilə Almaniya izləyib.
Mehman Mehdiyev