
“Qızıl gənclik” layihəsi çərçivəsində 2025-ci ildə təqaüdçülər üçün 1000 iş yerinin subsidiyalaşdırılması planlaşdırılır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Almatı şəhər administrasiyası bu barədə məlumat yayıb.
Bildirilib ki, ötən il başlanmış layihə çərçivəsində 700-dən çox pensiyaçı işlə təmin olunub. Bu il hakimiyyət 1000-ə qədər insanı işlə təmin etməyi planlaşdırır.
Layihənin üç il müddətinə həyata keçirilməsi nəzərdə tutulur. Lakin təqaüdçü istənilən vaxt, öz mülahizəsinə uyğun olaraq, cəriməsiz müqaviləni ləğv edə bilər. İşçilər tam zamanlı, uzaqdan və çevik şəkildə işləyə bilərlər.
Proqram iştirakçıları Almatıda daimi qeydiyyatdan keçməlidirlər.
Həmçinin şəhər merinin sərəncamı ilə 2025-ci ildə “Jobcoach” layihəsinə start veriləcək. Layihədə 300 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Anar Əliyev