Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Məşhur Məmmədov vətəndaş qəbulu keçirib

Deputat Məşhur Məmmədov vətəndaş qəbulu keçirib



Milli Məclisin deputatı Məşhur Məmmədov 21 seçicinin iştirakı ilə qəbul-görüş keçirib.

Newscenter.az xəbər verir ki, YAP Masallı rayon inzibati binasında baş tutan qəbulda hakim partiyanın Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və deputat köməkçiləri də iştirak edib.

"İstəklərin çoxu bayram əhvallı idi. Bu, sevindirici haldır. Vətəndaşlar arasında maariflənmə genişlənib. Artıq bilirlər ki, müəyyən problemlər üçün aidiyyəti qurumlara müraciət etmək, tələb edilən prosedur qaydalara əməl etmək, lazım olan sənədləri toplamaq lazımdır.

Demək olar ki, bayram ərəfəsi hər kəsi razı salmağa çalışdıq. Səlahiyyətimizdən kənar məsələlərin həlli üçün müvafiq tapşırıqlar verdik, köməkçilərim işlərin növbəti gedişini diqqətdə saxlayacaqlar.
Seçicilərlə görüşlər davam edir",-deyə deputat bildirib.

Süleyman
Xəbəri paylaş