
"Almaniya prezidentinin Azərbaycana səfəri ərəfəsində bu ölkə rəhbərinin sosial şəbəkə profilində qondarma rejimin əski parçasının əksini tapması təxribat olmaqla yanaşı, həm də Ermənistanı yenidən münaqişəyə təhrik etməkdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili qeyd edib ki, baş vermiş təxribatdan dərhal sonra Almaniyanın rəsmi qaydada Azərbaycandan üzrxahlıq etməsi ölkəmizin nüfuzu, bizim mövqeyimiz ilə hesablaşmaq deməkdir:
"Görünür Almaniyada müəıyyən maraqlı dairələr Azərbaycanla münasibətlərə zərbə vurmağa çalışırlar".
Süleyman