
Ağdam rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq işləri şəhərin sosial və iqtisadi həyatının bərpasına yeni imkanlar yaradır.
Prezidentin rəsmi internet səhifəsindəki Böyük Qayıdış məlumatlarına əsasən, Ağdama keçmiş məcburi köçkünlərin qayıdışı 27 mart 2025-ci ildə başlayıb. Şəhərdə dəmir yolu və avtovağzal kompleksi, regional rəqəmsal idarəetmə mərkəzi, sosial və digər infrastruktur obyektləri istifadəyə verilib. Ağdam Sənaye Parkında müxtəlif təyinatlı müəssisələrin fəaliyyəti də genişlənir.
Newscenter.az-ın xəbərinə görə, Bərəkət İctimai Birliyi Ağdamın yenidən qurulmasını regionda sənaye, xidmət, sahibkarlıq və məşğulluq imkanlarının artırılması baxımından əhəmiyyətli proses kimi qiymətləndirir.












































