
"ABŞ prezidenti Donald Tramp dünya ticarət müharibəsinə başlayıb. Strateji tərəfdaşlarına rüsum tətbiq edib, amma Rusiyaya rüsum tətbiq etmədi. Azərbaycana da rüsum tətbiq edib. D. Tramp bununla ABŞ iqtisadiyyatına böyük zərbə vurur".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O deyib ki, ABŞ etibarlı müttəfiq və etimadlığını sual altına qoydu:
"ABŞ müttəfiqləri ilə ticarət müharibəsi aparir. Birləşmiş Ştatların növbəti dörd il ərzində kifayət qədər geosiyasi və geoiqtisadi mövqeyi zəifləyə bilər. Bu ölkənin beynəlxalq güc olması müttəfiqləri ilə sıx əməkdaşlıq və güzəştlər şəklində olmuşdur. Hazırda ABŞ öz müttəfiqlərini rəqib kimi görür.
Baş verənlər Çinin beynəlxalq iqtisadi maraqlarının güclənməsinə gətirib çıxaracaq".
Süleyman