
Qırmızı bülletenlə axtarılan 8 şübhəli Gürcüstanda saxlanılaraq Türkiyəyə gətirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabından bildirib.
Nazir qeyd ki, Ədliyyə Nazirliyi, Təhlükəsizlik Baş İdarəsi İnterpol-Avropol İdarəsi, Kəşfiyyat İdarəsi, KOM İdarəsi, Narkotiklərlə Mübarizə İdarəsi, İctimai Təhlükəsizlik İdarəsi və Artvin İl Polis İdarəsi Gürcüstana qaçan 8 şübhəlinin tutulması üçün əməliyyata başlayıb.
Nazir Yerlikaya, "Hansı bülletenlə axtarılırlarsa, hansı ölkəyə qaçırlarsa qaçsınlar, mütəşəkkil cinayət təşkilatı üzvlərini və narkotik tacirlərini bir-bir tutub ölkəmizə gətirəcəyik. Onlar türk polisindən qaça bilməyəcəklər. Əməliyyatda iştirak edən Ədliyyə Nazirliyimizə və nazirlik əməkdaşlarına təşəkkür edirəm",-deyə bildirib.
Anar Əliyev