
Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən KISS markalı qatar yeni FLIRT qatarı ilə əvəz edilir.
Newscenter.az ADY-yə istinadən bildirir ki, 5 apreldən FLIRT qatarı ənənəvi hərəkət cədvəli əsasında həftənin şənbə günləri Bakıdan Qəbələyə, bazar günləri isə Qəbələdən Bakıya yola düşəcək.
Ən son təhlükəsizlik sistemləri ilə təchiz edilmiş birmərtəbəli yeni qatarda sərnişinlərin rahatlığı üçün bar-vaqon, velosiped daşımaq üçün ayrılmış yerlər, inklüziv səyahət imkanları və s. təqdim olunur.
Süleyman













































