Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Xudat və Xudat-Bakı yolu standartlara cavab vermir

Bakı-Xudat və Xudat-Bakı yolu standartlara cavab vermir


"Bakı-Xudat(Nabran) və Xudat(Nabran)-Bakı avtomobil yolu tam bir rəzalətdir. Demək olar ki yarıqlar, deşiklər, çatlar və digər problemlər yolun bütün km-lərində müşahidə olunur".

Newscenter.az-ın xəbərinə görə, bunu deyən Xudat sakini Çingiz Şahbazi qeyd edib ki, baxımsızlıqdan sıradan çıxan bu magistral yol , həmçinin vətəndaşların avtomobillərinə də ziyan vurur:

"Əslində bu magistral yol, heç də beynəlxalq standartlara cavab vermir. Heç olmasa yolun deşik və yarıqları təmir olunsun. Bu yolda hər gün qəzalar baş verir. Doğrudur, baş verən qəzaların səbəbləri bir tək yolla bağlı deyil. Amma, yolla bağlı baş verən qəzaların olmadığını da demək doğru olmaz".

Çingiz Şahbazi deyib ki, qarşıdan yay fəsli gəlir və ölkənin Şimal zonasında xeyli sayda turizm mərkəzləri fəaliyyət göstərir:

"Bakıdan və digər şəhər və rayonlardan Şimal zonasına istirahətə gələnlərin sayı artacaq. Yol isə standartlara cavab vermir və təcili təmir edilməsi lazımdır".

Anar Əliyev
Xəbəri paylaş