Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanın ərazi bütövlüyünün bərpası realdır-KOBAXİDZE

Gürcüstanın ərazi bütövlüyünün bərpası realdır-KOBAXİDZE


"Gürcüstan xalqı səbirli olsa, Abxaziya və Cənubi Osetiya ilə birləşmək mümkündür. Ərazi bütövlüyümüzün bərpası realdır".

Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın baş naziri İrakli Kobaxidze səsləndirib:

"Düşünürəm ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası realdır. Əgər biz səbir göstərsək və bu səbrimizdən öz siyasətimizi istiqamətləndirmək üçün istifadə etsək ərazi bütövlüyümüzün bərpasına nail ola bilərik. Bu məsələnin həlli, əlbəttə ki, müxtəlif amillərdən asılı olacaq, lakin səbr və düzgün siyasətlə hər şey mümkündür".

Qeyd edək ki, 2008-ci ilin avqustunda gürcü qoşunlarının Sxinvalini nəzarət altına almağa cəhd etməsindən sonra silahlı gürcü-Cənubi Osetiya münaqişəsi baş verib. Avqustun 8-də Rusiya bölgədəki Rusiya vətəndaşlarını və sülhməramlılarını qorumaq üçün ora qoşun göndərərək gürcü qoşunlarının geri çəkilməsinə nail oldu. 2008-ci il avqustun 26-da Rusiya Federasiyası Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı.

Süleyman
Xəbəri paylaş