Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hostinq şirkətlərinin fəaliyyəti məhdudlaşdırılır

Hostinq şirkətlərinin fəaliyyəti məhdudlaşdırılır


Roskomnadzor Rusiya resursları üçün riskləri nəzərə alaraq xarici hostinq provayderlərinin işini məhdudlaşdıra bilər.

Newscenter.az xəbər verir ki, bu barədə TASS idarənin mətbuat xidmətinə istinadən bildirib.

Resurs sahiblərini təhdidlərdən qorumaq üçün 406-ФЗ saylı Qanun qəbul edilib, buna uyğun olaraq hostinq xidmətləri göstərən şirkətlər üçün bir sıra tələblər müəyyən olunub.

Lakin bir sıra xarici şirkətlər bu tələbləri yerinə yetirməyib, Rusiya təşkilatları üçün hostinq xidmətləri göstərməyə davam ediblər. Bu şirkətlərin obyektlərində yerləşdirilən resursların məruz qaldığı riskləri nəzərə alaraq, belə hostinq provayderlərinin işi Rusiya Federasiyasının ərazisi ilə məhdudlaşdırıla bilər. Bu halda onlar Rusiya təşkilatlarına hostinq xidmətləri göstərə bilməyəcəklər.

Mehman Mehdiyev
Xəbəri paylaş