Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suriya məsələsində gərginləşən Türkiyə-İsrail münasibətiləri

Suriya məsələsində gərginləşən Türkiyə-İsrail münasibətiləri


Son günlər Tehran Tel Əviv münasibətlərinin gərginləşməsi fonunda ABŞ nin həm Hörmüz körfəzi, həm də İsrailin üzərindən İrana qarşı hücum və aviazərbələr endirəcəyi istisna edilmir, artıq İran Xarici işlər Naziri Seyid Abbas Əraqçinin “ ABŞ ilə istənilən birbaşa danışıq mənasızdır” fikrini söyləməsi, İran ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi onu deməyə əsas verir ki, Ukrayna Rusiya müharibəsindən bəlkə də daha qlobal və daha təlatümlü olacaq yeni müharibə baş verə bilər.
Türkiyənin belə bir ərəfədə Prezident cənab Ərdoğanın göstərişi ilə Suriyanın şimalına qoşun göndərməsi cənub sərhədlərində terrora qarşı mübarizə və təhlükəsizliyin təmini məqsədi daşısa da, əslində reallıqda başqa səbəblər də var. Əbəs yerə deyil ki, Türkiyənin Suriyada nüfuz əldə etməsi İsraili qıcıqlandırmış və onsuz da Fələstin və Qəzza məsələsinə görə pis olan dövlət münasibətləri daha da kəskinləşmişdir.
Türkiyənin getdikcə yaxın Şərqdə artan nüfuzu ABŞ və İsrail üçün mane sayılır.
ABŞ və İsrailin məqsədi Yaxın Şərqdə tək və rəqibsiz hökmran olmaqdır amma Türkiyənin regionda varlığı və hərbi əməliyyatlar keçirməsi vəziyyəti dəyişdirir.
Suriyanın şimalında PKK, YPG, PYD kimi qruplaşmaların fəaliyyətini demək olar ki, az qala ən passiv hala endirəndən sonra Dəməşqdəki keçid hökümətinin vahid ölkəyə nəzarət etməsinə çalışır. Digər tərəfdən, Əhməd Əş Şaranın başçılıq etdiyi hökümətlə müttəfiqlik münasibətləri qurur və beləcə vahid və Ankara ilə dost olan Suriya yaradıb regiona keçid etmək istəyir.
İsrailin İranla müharibəsi olarsa ABŞ və NATO dərhal yardıma gələcək, həm də regionda qoşun və bazalarını yerləşdirib Türkiyənin cənubunda güc mərkəzi olaraq mövcud olacaq və gələcək Türk dövlətləri birləşməsi fonunda bu ölkələrin güclənməsinə qarşı fəaliyyət göstərə bilər.
Suriya ola bilsin ki, bütün bu hadisələr fonunda, Türkiyə ilə hərbi humanitar ittifaqa daxil ola bilər.
İsrailin İranla gərgin münasibətləri fonunda ABŞ artıq Tel Əviv üçün yardım yükləri gətirir.
İsrailin KİV ləri belə tezliklə İrana qarşı hərbi əməliyyat ediləcəyini bildirirlər.
Türkiyənin regionda güclənməsi neft və qaz ehtiyatları ilə zəngin ölkələri itirmək deməkdir çünki, Ankara bölgədə ABŞ nin istismarçı fəaliyyətinin qarşısını alacaq və beləcə bunun nəticəsində dost münasibətində olacaq yaxın Şərq ölkələri ilə hərbi siyasi tərəfdaşlıq və əməkdaşlığa keçəcək.
ABŞ artıq Cənubi Asiyada gücünü formalaşdırmaq üçün aktiv prosesə başlamağa hazırlaşır. CNN nin məlumatına görə Yəməndə Husilərə qarşı quru əməliyyatına hazırlaşma gedir.
Türkiyə belə gedişatda mütləq təsir dairəsini formalaşdırmaq üçün əməli fəaliyyətə keçəcək.

İsa İsmayılov, siyasi şərhçi
Xəbəri paylaş