Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə bu məhsulun ixracına qadağa tətbiq etdi

Türkiyə bu məhsulun ixracına qadağa tətbiq etdi


Türkiyədə limon ixracı müvəqqəti olaraq dayandırılıb.

Newscenter.az Türkiyənin Ticarət Nazirliyinə istinadən bildirir ki, limon ixracatına 8 aprel 2025-ci il tarixindən etibarən müvəqqəti olaraq qadağa qoyulub. Bu qərar daxili tələb və təklif balansını qorumaq, eləcə də soyuq hava və şaxta hadisələrinə qarşı tədarük təhlükəsizliyini prioritetləşdirmək məqsədilə qəbul edilib.


Nazirlikdən verilən açıqlamada belə qeyd edilib: "Məlum olduğu kimi, ərzaq təminatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə kənd təsərrüfatı məhsulları və ərzaq məhsullarının tələb-təklif balansı, ölkədaxili və beynəlxalq qiymət dəyişiklikləri səlahiyyətli qurumlar tərəfindən ciddi şəkildə izlənilir. Bu məqsədlə yerli istehsalın qorunması və artırılması, spekulyativ qiymət artımının qarşısının alınması məqsədilə Ticarət Nazirliyimiz tərəfindən lazımi işlər nəticəsində digər tərəfdən xarici ticarət siyasəti alətlərindən istifadə edilir Kənd Təsərrüfatı və Meşə Nazirliyi son vaxtlar xüsusilə Adana, Mersin və Hatay vilayətlərində meydana gələn don hadisələri ilə əlaqədar olaraq lazımi tədbirlərin görülməsinin faydalı olacağı qənaətinə gəlmişdir. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyimizlə koordinasiya nəticəsində aprel ayından ölkəmizə məhsul ixracı dayandırılmışdır".

Mehman Mehdiyev
Xəbəri paylaş