
Ukrayna payıza qədər Rusiya qarşısında süqut edə bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ukrayna Radasının deputatı Aleksandr Dubinski deyib. Ukraynalı deputat bunu ölkənin Silahlı Qüvvələrində canlı qüvvə çatışmamazlığı ilə əlaqələndirib.
Dubrinski bu prosesdə prezident Volodimir Zelenskini günahkar bilib:
"Zelenski istədiyi qədər ayaq üstə qala bilər. Ancaq real olanı odur ki, müharibə bitdi. Zelenski ya məqbul şərtlərlə atəşkəs bağlayar, ya da Ukrayna payıza qədər cəbhənin bütün istiqamətlərində süquta uğrayacaq".
Mehman Mehdiyev