
Türkiyədə sərnişin avtobusu yanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Hatay vilayətində baş verib.
Hatayın Belen rayonunda sərnişin avtobusunda naməlum səbəbdən yanğın baş verib. Sərnişinlər dərhal avtobusdan çıxarılıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Sürücü nəqliyyat vasitəsini qəza zolağına çıxararkən, sərnişinlər avtobusdan təxliyə edilib.
Ətrafdakıların və hadisə yerinə sövq edilən yanğınsöndürənlərin köməkliyi ilə yanğın söndürülsə də, avtobusa ciddi ziyan dəyib.
Anar Əliyev