Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Parlament apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını təsdiqləyib

Parlament apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını təsdiqləyib


Milli Məclis Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını təsdiqləyib.

Newscenter.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə olunub.

Sənədə əsasən, Zəfər Vahid oğlu Əhmədovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Bundan başqa, sənəddə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan Nadir oğlu İsmayılovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Füzuli Rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də yer alıb.

Bununla bərabər, Allahverdiyev Elbəy Hidayət oğlu, Əyyubov Fərid İlham oğlu və Sarıyev Xəyal Əjdər oğlunun Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi də nəzərdə tutulub.

Qərarda Muxtarov Kamran Nüsrət oğlu (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub), Məmmədov Elçin Qüdrət oğlu (Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olub) Sumqayıt Apellyasiya Məhkəməsinə təyin edilməsi də yer alıb.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.

XXX

Milli Məclis Şəki və Şirvan rayonlarının apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını qəbul edib.

Bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq sənədlər müzakirə olunub.

Layihəyə əsasən, Musayev Vüqar Ələkbər oğlu (Şəki İnzibati Məhkəməsinin hakimi) və Musayev Taleh Valeh oğlunuin (Şəmkir Rayon Məhkəməsinin hakimi) Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib.

Şirvan Apellyasiya Məhkəməsinə isə Əliyev Əli Abdulla oğlu (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi), Sultanov Cavid Rizvan oğlu (Ağdaş Rayon Məhkəməsinin hakimi), Quliyev Ceyhun Əmir oğlu (Masallı Rayon Məhkəməsinin hakimi), Sadıqov Mirlətif Süleyman oğlunun (Saatlı Rayon Məhkəməsinin hakimi) hakim təyin edilməsi qərara alınıb.

Bununla bərabər, Elşad İbiş oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi də nəzərdə tutulub.

Layihələr müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.

Süleyman
Xəbəri paylaş