Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADNSU ilə İspaniya universitetləri arasında əməkdaşlıq genişlənir

ADNSU ilə İspaniya universitetləri arasında əməkdaşlıq genişlənir


Aprelin 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İspaniya Krallığının ölkəmizdəki səfirliyi, Təhsilin Beynəlxalqlaşdırılması üzrə İspan Xidməti (SEPIE) vəJaen Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları universitetdə salamladıqdan sonra universitetin tarixi, tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq əlaqələri, eləcə də ikili diplom proqramları haqqında onlara ətraflı məlumat verib. İspaniya universitetləri ilə potensial akademik əməkdaşlığın vacibliyinə toxunan rektor, dosent Rüfət Əzizov birgə elmi tədqiqat layihələrinin, tələbə, müəllim mübadiləsi və mobillik proqramlarının, həmçinin akademik heyət üçün bacarıqların artırılmasında maraqlı olduğunu deyib.

ADNSU-ya səfərdən məmnunluqlarını bildirən qonaqlar potensial akademik əməkdaşlığın araşdırılmasından və görülə biləcək işlərdən söz açıblar.

Görüşdə eyni zamanda, gələcək mübadilə proqramları üçün viza prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi üçün səfirlik tərəfindən dəstəyin göstəriləcəyi vurğulanıb və birgə uzunmüddətli elmi əlaqələrin və tədqiqat yönümlü layihələrin işlənməsinin əhəmiyyətindən danışılıb.

Sonda qonaqlar ADNSU-nun Tarix muzeyinidə olub, burada qorunub saxlanılan neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar.

Süleyman
Xəbəri paylaş