Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın təxribatları yeni savaş səslərindən xəbər verir

Ermənistanın təxribatları yeni savaş səslərindən xəbər verir


"Ermənistan açıq şəkildə sülhə hazır olmadığını, yenidən müharibə istədiyini sübuta yetirir. Son həftələrdə Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müntəzəm şəkildə atəşə tutulması bunu deməyə əsas verir".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı son vaxtlar Ermənistanla şərti sərhəddə baş verənləri şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Ermənistanın Azərbaycanla sərhəd boyunca istehkam postları yaratması və şərti sərhəd boyunca müşahidə edilən hərəkətlilik yeni savaş səsləridir:

"Bu gün Antalyada keçirilən Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə də Ararat Mirzoyanın sərgilədiyi mövqe bir daha onu sübuta yetirdi ki, İrəvan imitasiya ilə məşğuldur və bu ölkə müharibəyə hazırlaşır. Bir müddət əvvəl Ermənistan tərəfində müşahidə edilən normallaşmaya meyillilik və sülh müqaviləsinin imzalanmasına maraq artıq sezilmir. İndi erməni rəsmiləri daha çox aqressiya, revanşizm nümayiş etdirirlər".

Arzuman Muradlı deyib ki, Ermənistanın sərgilədyi mövqe və törətdiyi təxribatlarda Avropa İttifaqının bu ölkədə yerləşdirilən müşahidə missiyasının da rolu az deyil:

"Ermənistanı revanşizmə vadar edən əsas qüvvə də məhz Aİ-nin müşahidə missiyasıdır. Konkret olaraq başda Fransa olmaqla bəzi Aİ ölkələri Ermənistanı yeni müharibəyə təhrik edir".

Süleyman
Xəbəri paylaş