
Azərbaycan Respublikası Hesablama Palatasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aprelin 12-də Bakının Müşfiqabad qəsəbəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil edilib.
Newscenter.az xəbər verir ki, aksiya çərçivəsində torpaq və iqlim şəraitinə uyğun olaraq 1 hektar ərazidə Eldar şamı və zeytun ağacları əkilib.
Aksiyanın keçirilməsinin əsas məqsədi yaşıllıq ərazilərinin genişləndirilməsi, ekoloji təhlükəsizliyin gücləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin dəstəklənməsidir.

Süleyman