Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyi düşünür

ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyi düşünür


ABŞ prezidenti Donald Tramp deyib ki, Vaşinqton lazım gələrsə, Tehranın nüvə obyektlərini məhv etməklə, İrana qarşı sərt addımlar atmağa hazırdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, Tramp, bu barədə Ağ Evdə El Salvador prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə bildirib.

Qeyd edək ki, aprelin 12-də Omanda Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Maskatın vasitəçi olduğu danışıqlar aparılıb. İranı xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ı isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib. İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş konstruktiv və sakit şəraitdə keçib. Departamentin məlumatına görə, danışıqlar meydanını tərk edən Vitkoff və Araqçi Oman Xarici İşlər Nazirliyinin rəhbərinin iştirakı ilə bir neçə dəqiqə şəxsən danışıblar. Danışıqların ikinci raundu aprelin 19-da baş tutacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş