Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Akademik Zərifə xanım Əliyevanın nəcib fəaliyyəti ən gözəl insanlıq nümunəsidir

Akademik Zərifə xanım Əliyevanın nəcib fəaliyyəti ən gözəl insanlıq nümunəsidir


Elm, ədalət, səxavət, səbr, həya, ismət kimi keyfiyyətlər Azərbaycan qadınlarının həyat simvoluna çevirilib. Bu dəyərlər içərisində Azərbaycan qadını güclüdür, fədakarlır. Azərbaycan tarixinə məxsusi dəyələri ilə iz salan qadınları sırasında əməlləri ilə seçilən və sevilən, ən yüksək bir pillədə dayanan Zərifə xanım Əliyevanın adı əbədidir. Yaşanılan ömür yolunun sərlövhələri onu zamanımızın seçilən xanımı olması ilə yanaşı, gələcək nəsillər üçün örnək olacaq bir simaya çevirib.

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur. Onun olduqca zəngin və şaxəli həyat yolu bir çox istiqamətlərdə özünü büruzə verir. Bu həyat yoluna nəzər saldıqda, bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Bir ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçmışdır. Zərifə xanım incə, zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan çalarlı bir ömrünü yazılı salnamələrdə əks etdirdi. Onun ömür işığında qaranlıq dünyalara şəfa verildi.

Akademik, Azərbaycan tibb elminə böyük töhfələr vermiş, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olmuş, möhtərəm Prezidentimizin anası hörmətli Zərifə xanım Əliyevanın əziz xatirəsini ehtiramla yad edir, Allahdan rəhmət diləyirəm.

Ilham Məmmədov, Milli Məclisin deputatı
Xəbəri paylaş