Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Azər Allahverənov növbəti vətəndaş qəbulu keçirib

Deputat Azər Allahverənov növbəti vətəndaş qəbulu keçirib


Milli Məclisin deputatı Azər Allahverənovun 12 aprel 2025-ci il tarixdə Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında qəsəbə sakinlərinin qəbulu keçirilib.

Newscenter.az xəbər verir ki, qəbulda iştirak edən zabratlılar sosial rifahının və yaşayış şəraitinin yaxşılaşdırılması, o cümlədən qəsəbədə asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman meydançasının və istirahət parkının salınması, məhəllədaxili küçələrdə abadlıq işlərinin yerinə yetirilməsi, məşğulluq imkanlarının artırılması, həssas qruplardan olan şəxslərə dövlət hesabına hüquqi dəstəyin göstərilməsi və digər məsələlərlə bağlı müraciətlərini ediblər. Bütün müraciətlər aidiyyəti üzrə baxılması üçün müvafiq qaydada qeydə alınıb.

Müəyyən izahatlar verildikdən sonra qəbula gələn vətəndaşlara əminliklə bildirilib ki, hər zaman olduğu kimi, hər bir məsələyə ayrı-ayrılıqda baxılacaq və onların həll olunması istiqamətində zəruri addımların atılması üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər ediləcəkdir.



Süleyman
Xəbəri paylaş