Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədalət Partiyası qurultaya hazırlaşır

Ədalət Partiyası qurultaya hazırlaşır


Ədalət Partiyası mövbəti qurultaya hazırlaşır.

Newscenter.az xəbər verir ki, bu barədə partiya üzvü Mütəllim Rəhimli məlumat verib. O bildirib ki, Ədalət Partiyasının Siyasi Şurasının son iclasında partiyanın IX Qurultayının keçirilməsi ilə bağlı prosedurlara start verilib:

"Partiya Nizamnaməsinin tələblərinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Qurultayın vaxtını təyin etmək və müvafiq məsələləri müzakirə etmək üçün aprelin 19-da Ali Məclisin iclasının keçirilməsi barədə qərar qəbul olunub. İclasda partiyanın mərhum sədri İlyas İsmayılovun siyasi irsinin davam etdiriləcəyi bəyan olunub".

Süleyman
Xəbəri paylaş