Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əlcəzair 12 fransız diplomatı ölkədən qovur

Əlcəzair 12 fransız diplomatı ölkədən qovur



Əlcəzair Fransa paytaxtındakı səfirliyindən 12 diplomatı qovmaq qərarına gəlib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot sözügedən diplomatlara ölkəni tərk etmələri üçün 48 saat vaxt verildiyini açıqlayıb.

Hadisənin üç Əlcəzair vətəndaşının Fransada saxlanması ilə əlaqəli olduğu bildirilir.

Şübhəlilər arasında konsulluğun əməkdaşı da var. Bu şəxslər 2024-cü ilin aprelində Parisətrafı qəsəbələrdən birində mühacirətdə olan əlcəzairli sosial media nüfuzlu Amir Boukhorsun (ictimai olaraq “Amir DZ” kimi tanınır) oğurlanması ilə əlaqələndirilir.

Əlcəzair hökuməti Fransa ədliyyəsinin bu addımını iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş son təşəbbüsləri sabote etmək məqsədi daşıyan addım kimi qiymətləndirir.

Mehman Mehdiyev
Xəbəri paylaş