Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı müzakirə edilib

“Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı müzakirə edilib


Avrasiya İqtisadi İttifaqı ilə İran arasında Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri müzakirə edilib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu məqsədlə Moskvada Rusiya Federal Gömrük Xidmətinin rəhbərliyi ilə İran səfiri bu və digər məsələləri müzakirə ediblər.

Səfir Kazem Cəlali belə bir səfər çərçivəsində İranın ticarət-sənaye palataları və biznes qrupları üçün Tehranda gömrük seminarının keçirilməsinin vacibliyini qeyd edərək, onun Aİİ-İran Azad Ticarət Sazişinin tezliklə qüvvəyə minməsi fonunda aktuallığını qeyd edib.

O, həmçinin Rusiya-Azərbaycan sərhədindəki keçid məntəqələrində nəqliyyat vasitələrinin keçidi ilə bağlı vəziyyətin xeyli yaxşılaşdığını bəyan edərək, keçid məntəqələrindən böyük həcmdə İran yüklərinin keçdiyini xatırladıb. Eyni zamanda, o, “Asanlaşdırılmış Gömrük Dəhlizi” layihəsinin həyata keçirilməsinin səmərəliliyini vurğulayıb.

Görüşün yekununda tərəflər Rusiya, Azərbaycan və İran arasında tranzit daşımaların, o cümlədən üçtərəfli formatda inkişafı üzrə səylərin əlaqələndirilməsi barədə razılığa gəliblər. Həmçinin, Rusiya ilə İran arasında Xəzər dənizi vasitəsilə birbaşa dəniz əlaqəsinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş