Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suriyada sabitliyin bərqərar olması üçün fəaliyyətimizi davam etdiririk

Suriyada sabitliyin bərqərar olması üçün fəaliyyətimizi davam etdiririk


Suriyada sabitliyin bərqərar olması, bu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması və yeni hökumətin ölkə daxilində legitim hakimiyyət qurmasının təmin edilməsi regionumuzun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunları Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib. O bildirib ki, bu çərçivədə Türkiyə Silahlı Qüvvələri olaraq Suriyanın təhlükəsizlik və müdafiə qabiliyyətinin qurulmasına dəstəyimizi davam etdiririk:

"Başda İŞİD olmaqla bütün terror təşkilatlarına qarşı mübarizəmizi davam etdiririk".

Nazir deyib ki, bu çərçivədə, bölgə ölkələri ilə davam etdirdiyimiz təmaslar və qurulması planlaşdırılan birgə əməliyyat mərkəzi vasitəsilə regional mülkiyyəti artırmaq və beynəlxalq hüquqa uyğun olaraq sülhə xidmət etmək hədəflənir:

"Suriyada bəzi hərəkətlərin və təşəbbüslərin zaman-zaman sabitliyi pozan səviyyəyə çatdığını müşahidə edirik. Türkiyə bu sahədə danılmaz təcrübəyə malikdir və xüsusilə Yeni Suriya Hökuməti tərəfindən təqdir edilir və həll mənbəyi kimi görülür".

Mehman Mehdiyev
Xəbəri paylaş