
Hazırda dünyada vəziyyət çox mürəkkəbdir. Müxtəlif münaqişələr var. Təəssüf ki, hər şeyi danışıqlar yolu ilə həll etmək mümkün deyil.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu fikirləri ölkə prezidenti Kasım-Jomart Tokayev səsləndirib. O deyib ki, belə bir zamanda sülhməramlı missiyalar xüsusi rol oynayır:
"Qazaxıstan sülhsevər ölkədir. Biz dünyada sabitliyin bərqərar olmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyirik".
Prezidentin sözlərinə görə, ölkə silahlı qüvvələri 2014-cü ildən Birləşmiş Millətlər Təşkilatının sülhməramlı missiyasına töhfə verir, 80 mülki şəxs bir neçə missiyada müşahidəçi və qərargah zabiti kimi, 700-ə yaxın hərbçi isə BMT-nin xüsusi əməliyyatlarında iştirak edib.
Mehman Mehdiyev