Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp: Ukrayna daim ABŞ-dan raket istəyir

Tramp: Ukrayna daim ABŞ-dan raket istəyir


Ukrayna hakimiyyəti daim raket almaq üçün ABŞ-a müraciət edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Trampdan Ukraynanın 10 Patriot zenit-raket kompleksi üçün ABŞ-a 15 milyard dollar ödəməyə hazır olduğunu, lakin Vaşinqtonun sistemləri satmaqdan imtina etdiyini deyən Vladimir Zelenskinin sözlərinə münasibət bildirməsi istənilib.

Ağ Ev rəhbəri isə, “O, həmişə raketlər əldə etməyə çalışır”, - deyə bildirib.

Tramp bir daha bəyan edib ki, ilk prezidentlik dövründə Kiyevi “Javelin” tank əleyhinə sistemlərlə təmin edib.

Bundan əvvəl Zelenski Ukraynanın ABŞ-dan “Patriot” sistemlərinin də yer aldığı böyük silah paketi almağa hazır olması barədə danışmışdı, lakin vəsaitin məbləği və mənbələri göstərilməmişdi.

Qeyd edək ki, son vaxtlar Zelenski demək olar hər gün hava hücumundan müdafiə sisteminin olmamasından şikayətlənir. O, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə hava hücumundan müdafiə sistemlərinin Kiyevə təhvil verilməsi və istehsalının lokallaşdırılması ilə bağlı Qərb ölkələri ilə əlaqələri gücləndirməyi tapşırıb. Rusiya tərəfi dəfələrlə qeyd edib ki, Kiyev rejiminə silah vurulması yalnız münaqişənin uzanmasına gətirib çıxarır.

Mehman Mehdiyev
Xəbəri paylaş