
Vyetnam və Çin səlahiyyətliləri ABŞ-a necə təsir göstərə biləcəklərini müzakirə edirlər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp onu da deyib ki, Çin və Vyetnamı günahlandırmır:
"Bugünkü görüşü gördüm. Bu, diqqətəlayiqdir. Gözəl görüşdür. Görüş bizə necə zərər vura biləcəkləri cəhdidir".
Qeyd edək ki, ən yüksək səviyyədə Vyetnam-Çin danışıqları nəticəsində bir çox sahələrdə əməkdaşlığa dair 45 sazişin imzalandığı açıqlanıb. Çin Xarici İşlər Nazirliyinin daha əvvəl bildirdiyi kimi, Si Cinpinin Vyetnama səfəri aprelin 14-15-də baş tutacaq. Aprelin 15-18-də o, Malayziya və Kambocaya səfər edəcək.
Anar Əliyev