Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

691 milyon 397 min dollarlıq xalça satılıb

691 milyon 397 min dollarlıq xalça satılıb


Türkiyə ölkə xaricinə 691 milyon 397 min dollarlıq xalça satıb.

Newscenter.az Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinə (GAİB) istinadən bildirir ki, türk xalça istehsalçıları ilin birinci rübündə ixrac etdikləri 138 milyon 640 min kvadratmetr xalçadan 691 milyon 397 min dollar gəlir əldə ediblər. Ən çox xalça ixracı 192 milyon 401 min dollarla ABŞ-a satılıb.

Sonrakı yeri Səudiyyə Ərəbistanı tutub. Bu ölkəyə 93 milyon 478 min dollarlıq xalça satılıb. Böyük Britaniya isə 53 milyon dollarla üçüncü olub.

Türkiyədəki xalça istehsalçıları 2025-ci ilin ilk üç ayında isə 178 ölkə və azad zonaya 138 milyon 640 min kvadratmetr xalça ixrac ediblər.

Mehman Mehdiyev
Xəbəri paylaş