Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avrasiya İnkişaf Bankı Qazaxıstana 1 milyard dollar sərmayə qoyacaq

Avrasiya İnkişaf Bankı Qazaxıstana 1 milyard dollar sərmayə qoyacaq


Avrasiya İnkişaf Bankı Qazaxıstana 1 milyard dollar sərmayə qoyacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzov arasında keçirilən görüş zamanı məlumat verilib.

Bildirilib ki, Avrasiya İnkişaf Bankı (AİB) ötən il Qazaxıstan iqtisadiyyatına 1,4 milyard dollar sərmayə qoyub və Qazaxıstan layihələrinin investisiya portfelindəki payı 60 faizə çatıb.

Qazaxıstan Respublikası üzrə 2022-2026-cı illər üçün strategiya çərçivəsində bank ölkəyə daha 3,8 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu il banka ümumi dəyəri 4,5 milyard dollardan çox olan layihələr təqdim olunub.

Cari ildə Avrasiya İnkişaf Bankı enerji obyektlərinin modernləşdirilməsi və bərpa olunan enerji mənbələrinin inkişafı, nəqliyyat və logistika, o cümlədən respublika əhəmiyyətli avtomobil yollarının təmiri, infrastruktur obyektlərinin tikintisi, sənaye və rəqəmsal texnologiyalarla bağlı layihələrə 1 milyard dollardan çox sərmayə qoymaq niyyətindədir.

Mehman Mehdiyev
Xəbəri paylaş