Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa 2024-cü ildə tarixin ən isti ilini yaşadı

Avropa 2024-cü ildə tarixin ən isti ilini yaşadı


Avropa Birliyinin (Aİ) peyk monitorinq sistemi Kopernik 2024-cü ilin Avropa üçün rekordların ən isti ili olduğunu açıqlayıb.

Newscenter.az xarici mediaya istinadən bildirir ki, Kopernik İqlim Dəyişikliyi Xidməti və Ümumdünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən hazırlanan Avropa İqlim Durumu 2024 (ESOTC 2024) hesabatında Avropanın “ən sürətlə istiləşən qitə” statusunu saxladığı qeyd edilib.

2024-cü ildə qitənin mərkəzi, şərq və cənub-şərq hissələrində rekord temperatur qeydə alınıb.

Bütün il ərzində Avropa regionunda dənizin temperaturu orta səviyyədən 0,7 dərəcə yüksək olub. Sözügedən temperatur Aralıq dənizi üçün orta səviyyədən 1,2 dərəcə yuxarı ölçüldü ki, bu da rekord göstəriciyə uyğundur.

Mehman Mehdiyev
Xəbəri paylaş