
Qazaxıstanda keçən il 123,6 min nikah qeydə alınıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hər 1000 nəfərə düşən ümumi nikah nisbəti 6,13 təşkil edir.
Ən yüksək nikah nisbəti Astanada 7,34 faiz olub. Sonraki yerləri isə Almatı və Ulytau rayonu tutub.
Ən aşağı göstərici isə 5,58 göstərici ilə Qərbi Qazaxıstan vilayətindədir.
Məlumatav görə, ötən il nikaha girənlərin əksəriyyəti 20-24 yaş arasında olub və ilk nikahda orta yaş həddi kişilərdə 27,9, qadınlarda 25,2 yaş təşkil edib.
Bütün nikahların 18,2%-i qarışıq nikahlar olub.
Mehman Mehdiyev