Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehmet Ali Erbil üçün həbs cəzası

Mehmet Ali Erbil üçün həbs cəzası


Türkiyənin tanınmış kino oyunçusu, aktyor Mehmet Əli Ərbil qanunsuz mərc iddiasında ittiham edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, oyunçuya 10 ay həbs və 1000 lirə pul cəzası istənilib.

İstanbul 20-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə müttəhim Mehmet Əli Ərbilin vəkilləri iştirak edib.

İşi yekunlaşdıran məhkəmə Ərbili “idman yarışlarına əsaslanan sabit əmsallar və ya qarşılıqlı mərc oyunları və ya şans oyunları oynamağa reklam etmək və başqa üsullarla təşviq etmək” ittihamı ilə mühakimə edib.

Məhkəmə Ərbilin həbs cəzasını təxirə salıb və onun 1 il müddətinə nəzarətə götürülməsinə qərar verilib.

Mehman Mehdiyev
Xəbəri paylaş