
Türkiyə Milli Müdafiə Nazirliyində keçirilən iki günlük toplantıda Rusiya və Ukrayna arasında mümkün atəşkəs fonunda Qara dənizdə təhlükəsizlik məsələləri müzakirə edilib.
Newscenter.az "TRT Haber"-ə istinadən xəbər verir ki, toplantı Hərbi Dəniz Qüvvələrinin qərargahında baş tutub.
Məlumata görə, görüşdə Qara dənizdə minalarla mübarizə üzrə əməliyyat qrupunun üzvləri olan Bolqarıstan və Rumıniya nümayəndələri də iştirak edib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Qara dəniz təşəbbüsünün praktikada həyata keçirilməsi üçün təkliflər verib. Nazir deyib ki, Rusiyanın Qara dəniz təşəbbüsü çərçivəsində konkret hərəkətlərə ehtiyacı var.
Mehman Mehdiyev