Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanla informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Qazaxıstanla informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi müzakirə edilib


Astanada təşkil olunan II Mərkəzi Asiya Media Forumu çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva arasında ikitərəfli görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin, qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin, yeni təşəbbüslərin həyata keçirilməsinin önəmi vurğulanıb.

Bununla yanaşı, tərəflər arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərə toxunulub, media sahəsində mütəxəssislərin hazırlanması, saxta və etibarsız məlumatların yayılmasına qarşı mübarizə üsullarına dair təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb.

Süleyman
Xəbəri paylaş