Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin, Zəngəzur dəhlizinin açılmasına mane olan İran və Ermənistana təsir göstərə bilər

Çin, Zəngəzur dəhlizinin açılmasına mane olan İran və Ermənistana təsir göstərə bilər


"Çinin Zəngəzur dəhlizi istiqamətində müəyyən töhfələr vermək imkanlarının nəzərdən qaçırmaq olmaz. Belə ki, Çin Zəngəzur dəhlizinin açılmasına mane olan dairələrə, xüsusən də Ermənistan və İrana təsir göstərə biləcək ölkələrdən biri olaraq bu istiqamətdə müəyyən addımlar ata bilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Çinlə yaşıl enerji sahəsində strateji tərəfdaşlığın perspektivləri idə var:

Çin şirkətləri ilə ölkəmizə birabaşa yaşıl enerji sahəsində yatırımlar qoyulması üçün aktiv danışıqlar aparılır.
Odur ki, cənab Prezidentin Çinə növbəti səfərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək yeni layihələr haqqında raılşamalara şahidlik edəcəyimizə şübhə yoxdur*.

Süleyman
Xəbəri paylaş