Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili vətəndaşları qəbul edib

Millət vəkili vətəndaşları qəbul edib


Azərbaycan Respublkası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bugün Bakı şəhəri, Bakıxanov qəsəbəsində (Sülh küçəsi, 35) növbəti vətəndaş qəbulu keçirib.

Newscenter.az xəbər verir ki, qəbulda 26 saylı Sabunçu birinci seçki dairəsinin ərazisində yaşayan sakinlərlə yanaşı digər rayonlardan gələn vətəndaşlar da iştirak ediblər.

Vətəndaşları fərdi şəkildə qəbul edən deputat onları diqqətlə dinləyib, qaldırdıqları məsələlərlə yaxından tanış olub.
Qəbul iştirakçlarını narahat edən məsələlər başlıca olaraq məşğulluq, təhsil, sosial müdafiə, vəzifəli şəxslərin fəaliyyətindən narazılıq, əfv və digərlərindən ibarət olub.

Qanunvericiliyə uyğun olan məsələlər nəzarətə götürülüb və həlli üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edilməsi qərara alınıb.

Süleyman
Xəbəri paylaş