Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi hüquq müdafiə təşkilatlarının nümayəndələri, bloggerlər və jurnalistlər təxribatlarla məşğuldurlar -PREZİDENT

Bəzi hüquq müdafiə təşkilatlarının nümayəndələri, bloggerlər və jurnalistlər təxribatlarla məşğuldurlar


"Bəzi hüquq müdafiə təşkilatlarının nümayəndələri, bloggerlər və jurnalistlər özlərini söz azadlığının tərəfdarı kimi təqdim etmək istəyənlər, əslində, təxribatlarla məşğuldurlar, ölkəmizdə baş verən hər şeydə siyasi, neqativ çalar axtarırlar. Bu, Qazaxıstandan mühacirət etmiş, hazırda xaricdə olan keçmiş vətəndaşlarımızın işidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Qazaxıstan prezidenti Kasım Jomart Tokayev səsləndirib. O deyib ki, bu yaxınlarda xarici qeyri-hökumət təşkilatlarının əməlləri ifşa olundu:

"Sonra onların bəd niyyətləri, tamahkarlığı, Qazaxıstana qarşı mərhəmətsizliyi bəlli oldu. Bəzi tanınmış qazaxıstanlı qrant alanların kölgəli əməlləri də bəlli oldu. Biz demirik ki, Qazaxıstanda problem yoxdur. Təbii ki, başqa ölkələr kimi bizim də öz problemlərimiz var. Amma biz onları öz milli maraqlarımız çərçivəsində həll edəcəyik".

Anar Əliyev
Xəbəri paylaş