Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran ABŞ-a müvəqqəti saziş təklif edir

İran ABŞ-a müvəqqəti saziş təklif edir


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkofa Tehranın nüvə proqramı ilə bağlı müvəqqəti razılaşmanın əldə olunmasını müzakirə etməyi təklif edib.

Newscenter.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Portalın iddiasına görə, Romadakı məsləhətləşmələr zamanı Əraqçi qeyd edib ki, tərəflər ABŞ prezidenti Donald Trampın təklif etdiyi 60 günlük müddət ərzində nüvə proqramı üzrə yekun razılığa gələ bilməyəcəklər. Nazir xüsusi nümayəndəyə mümkün sazişin təfərrüatlı texniki xüsusiyyətlərini nəzərə alsaq, iki ay ərzində danışıqları yekunlaşdırmağın çox çətin olacağını bildirib. Vitkof isə öz növbəsində Əraqçiyə bildirib ki, o, hazırda müvəqqəti sazişi müzakirə etmək istəmir. Əvəzində o, diqqətini 60 gün ərzində hərtərəfli razılığa gəlməyə yönəltmək istəyir.

Vaşinqton rəsmiləri isə bildiriblər ki, Vitkof və Araqçi Romadakı görüşdə çox yaxşı irəliləyiş əldə ediblər.

Qeyd edək ki, aprelin 19-da Romada Omanın vasitəçiliyi ilə İran və Amerika tərəfləri arasında dolayı danışıqların ikinci raundu keçirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş