
"Qlobal Cənub Platforması cənubun problemlərimim dünyaya çatdırılması baxımından çox əhəmiyyətlidir".
Newscenter.az xəbər verir ki, bunu Ərəb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ömər Aşur deyib.
Azərbaycanın bu prosesdə xüsusi rol oynadığını deyən Ömər Aşur, ölkəmizin bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etdiyini və həmin təşəbbüslərin birbaşa qlobal xarakteri daşıdığını qeyd edib.
Mərkəz rəhbəri Azərbaycanın qeyri-hökumət təşkilatlarının qeyd edilən istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib:
"Günümüzdə Azərbaycan elə bir istiqamət seçib ki, bu istiqamət təkcə onun üçün deyil, qlobal miqyaslə xarakter daşıyır".
Süleyman