
Özbəkistanın paytaxtı Daşkənddən Sinqapura birbaşa hava resyləri açıla bilər.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məkumat yayıb.
Bildirilib ki, bu məqsədlə beynəlxalq marşrutlar şəbəkəsinin genişləndirilməsi və Özbəkistanın turizm potensialının inkişafı üzrə tədbirlər çərçivəsində dünyanın aparıcı hava qovşaqlarından birinin - Changi hava limanının (Sinqapur) nümayəndələri ilə işgüzar görüş keçirilib.
Söhbət zamanı Daşkənd və Sinqapur arasında birbaşa aviareyslərin açılması perspektivləri müzakirə olunub. Sinqapurun Çanqi hava limanının nümayəndələri bu marşrutun açılmasına böyük maraq göstəriblər.
Daşkənd hava limanının əsas tranzit qovşağı kimi roluna xüsusi diqqət yetirilib.
Süleyman