
İsrailin İrana qarşı başladığı hərbi əməliyyat və hava zərbələri davam edir.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, İsrail ordusu İranın paytaxtı Tehrana hava zərbələri endirib.
Şəhərdə partlayış səsləri eşidilib və böyük miqdarda tüstünün yüksəldiyi müşahidə edilib.
Ordu yazılı açıqlamada, iyunun 13-dən bu yana İranın bir çox bölgəsində 6 hava limanına hava hücumu təşkil etdiyini bildirib.
Qeyd edilib ki, hədəfə alınan hava limanları arasında Tehranın Mehrabad, İranın şimal-şərqində Təbriz və Məşhəd şəhərləri var.
Hücumlarda hava limanlarının uçuş-enmə zolaqlarından əlavə, İrana məxsus F-14 və F-5 döyüş təyyarələri də daxil olmaqla 15 təyyarənin məhv edildiyi bildirilib.
Cavid İmaməliyev